Samsunda batan gəmidə 1 azərbaycanlı həlak olub - RƏSMİ

Samsunda batan gəmidə 1 azərbaycanlı həlak olub - RƏSMİ
SOSİAL
20:43 07.01.2019
6533
Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.

Səfirlikdən AZXEBER.COM-a verilən məlumata görə, qəza nəticəsində bir azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.

Son məlumatlara əsasən, 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb. Batan gəmidə 20 nəfərin olduğu deyilir.
OXŞAR XƏBƏRLƏR