Samsung Android-dən imtina edir

İQTİSADİYYAT
10:20 28.04.2014
1963
"Samsung" şirkəti tədricən Android platformasından imtina edərək öz Tizen əməliyyat sisteminə keçməyi planlaşdırır. Bu haqda Samsung Electronicsin prezidenti Xon Von Pio deyib. Onun sözlərinə görə, Samsung şirkəti Tizen platforması ilə işləyən qurğuların istehsalına mümkün qədər tez başlayacaq. Nəticədə Cənubi Koreya şirkəti öz ekosistemini formalaşdıracaq. Nəşrin eksperti hesab edir ki, bu tədbir şirkəti Google-dən sonrakı dövrə hazırlayır. The Korea Times nəşri dəqiqləşdirir ki, Tizen platforması Linux əməliyyat sistemi əsasında işləyəcək.

OXŞAR XƏBƏRLƏR