'Samsung' 'hər yeri görünən' qızlara görə üzr istədi – FOTO

MARAQLI
17:12 27.03.2013
5786

AZXEBER.COM-un məlumatına görə, səbəb Cənubi Koreya şirkətinin yeni mobil telefon modeli olan “Galaxy S4”ün təqdimatı zamanı yol verdiyi səhv olub.

Belə ki, təqdimatın Cənubi Afrika Respublikasında baş tutan hissəsində seksual çimərlik geyimində olan qızlar dans edib. Bədənlərinin, demək olar, hər yeri görünən qızların rəqsi birmənalı qarşılanmayıb. ABŞ-ın Nyu-York şəhərində baş tutan açılışda isə qadınlar texnologiyadan baş çıxarmayan və içki düşgünü olan insanlar kimi qələmə verilib.

Nəticədə şikayətlərdən dərs çıxaran şirkətin marketinq və təşkilati əlaqələr müdiri Mişel Potqeyter bunun xoş hal olmadığını, lakin məqsədlərinin pis olmadığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR