"Samsung" işçilərinə "ChatGPT"dən istifadəni qadağan etdi

"Samsung" işçilərinə "ChatGPT"dən istifadəni qadağan etdi
DÜNYA
10:14 04.05.2023
165
Cənubi Koreyada yerləşən "Samsung" işçilərinə "ChatGPT" və oxşar süni intellekt sistemləri qadağan etdiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Samsung" işçiləri hazırladıqları mühüm sistem kodlarında səhvləri görə bilmədikdə "ChatGPT"ə müraciət etməyə başlayıblar.

Bu səbəbdən də şirkət "ChatGPT" vasitəsilə vacib və kritik məlumatların kənardan digər insanlara çatmasının qarşısını almağa çalışır.

Yarımkeçiricilər verilənlər bazasının problemli mənbə kodlarını, nasaz işləyən sistemlərin kodlarını və bir çox oxşar vacib məlumatları "ChatGPT"yə ötürənlərə məlumat pozuntularına qarşı xəbərdarlıq edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR