Samuxda ağır qəza - 39 yaşlı kişi öldü

Samuxda ağır qəza - 39 yaşlı kişi öldü
SOSİAL
23:33 22.11.2024
224
Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Əhmədbəyli kənd yolunda qeydə alınıb.

Belə ki, yük və minik avtomobillərinin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Ceyhun Nəzərov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR