Samuxda velosipedçi yol qəzasında xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil velosiped sürən kənd sakini 2010-cu il təvəllüdü R.Əliyevi vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.










































