Samuxda yarımstansiyasında qəza, xəsarət alan var

Samuxda yarımstansiyasında qəza, xəsarət alan var
SOSİAL
21:51 20.07.2020
881
Samux rayonunda bədbəxt hadisə baş verib.

"Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Ziyadlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1962-ci il təvəllüdlü İslam Əlinağı oğlu Bayramov çalışdığı yarımstansiyada təmir işləri görülən zaman yaranmış qısaqapanma nəticəsində yanıq xəsarətləri alıb.  

Yaralı öncə Samux Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR