Samuxda yeniyetmə 28 yaşlı gənci bıçaqlayaraq hadisə yerindən qaçıb

Samuxda yeniyetmə 28 yaşlı gənci bıçaqlayaraq hadisə yerindən qaçıb
SOSİAL
00:03 16.07.2021
320
Samux rayonunda kafedə bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Samux rayonunda fəaliyyət göstərən kaferlərin birində baş verib.

Yeniyetmə S.S-ov mübahisə zəminində, 1993-cü il təvəllüdlü Seymur Salmanovu bıçaqlayıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə isə hadisə yerindən qaçıb.

Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR