Kanye Vestin San-Poulo konsertini ləğv edilib.
AZXEBER.COM xarici mətbuata itinadən xəbər verir ki, San Paulo meri Rikardo Nunes amerikalı reper Kanye Vestin şəhər məkanlarında çıxışını qadağan etmək qərarına gəlib.
Merin qərarı sənətçinin mübahisəli açıqlamalarından irəli gəlir və onun fikrincə, bu açıqlamalarda nasist təbliğatı var.
"Şəhər administrasiyasına tabe olan heç bir dövlət qurumu nasizmi təbliğ edən insanların çıxışlarını təşkil etməyəcək. Biz buna icazə verə bilmərik və San Pauloda bu cür hadisələrin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik", - Rikardo Nunes vurğulayıb.
Şəhər administrasiyası təşkilatçılara konsert üçün bələdiyyə məkanlarından istifadənin qadağan edilməsi barədə rəsmi olaraq məlumat verib. Buna görə də, reperin 29 noyabrda keçirilməsi planlaşdırılan çıxışı ləğv edilib.
Aysel










































