Naftalanda sanatoriyadan 37 yaşlı kişi meyiti tapılıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, sanatoriyada istirahət edən Özbəkistan vətəndaşı 1988-ci il təvəllüdlü Z.Kafarovun meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, Z.Kafarov ürək tutmasından ölüb. Onun Özbəkistandan Naftalana istirahətə gəldiyi deyilir.
Faktla bağlı araşdırma aparılır.