Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMA

Sanatoriyaya yerləşdirilən Xalq artistindən səhhəti ilə bağlı  AÇIQLAMA
MAQAZİN
12:11 21.05.2025
302
Sosial şəbəkələrdə Xalq artisti Arif Babayevin sanatoriyaya yerləşdirilməsi ilə bağlı görüntülər yayılıb.
 
AZXEBER.COM sənətkarın səhhətini öyrənmək üçün onun özü ilə əlaqə saxlayıb.
 
Müalicə aldığını bildirən sənətkar bunları deyib:
 
"Səhhətimdə ciddi bir narahatçılığım yoxdur. Allaha şükür yaxşıyam."Bilgəh sanatoriyası"nda dincəlirəm. Çox sağ olsun həkimlərimiz mənə çox diqqət və qayğı göstərirlər. Heç bir narazıçılığım yoxdur".
 
Xalq artisti sevimli tələbəsi Nəzakət Teymurovanın ötən gün baş tutan konsertindən də danışdı:

"Dünən mənim ən sevimli tələbələrimdən olan Nəzakət Teymurovanın konserti idi. Çox təəssüf edirəm ki, mən artıq belə yerlərə gedə bilmirəm. Amma Nəzakəti hər zaman sevərək dinləmişəm. O, çox çalışqan, istedadlı və dəyərli sənətkardır. Onu çox istəyirəm və ürəkdən təbrik edirəm".
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR