Çinin paytaxtı Pekində keçirilən hərbi paradın ardınca yayılan video gündəm olub.
AZXEBER.COM Milliyet qəzetinə istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalist Aleksandr Yunaşev məlumat verib.
Belə ki, Şimali Koreya lideri Kim Çen Inla Rusiya Prezidenti Vladimir Putinin tarixi görüşündən sonra Kimin oturduğu kürsüdən tutmuş, toxunduğu masaya qədər hər şey diqqətlə silinərək təmizlənib.
"Telegram" kanallarında paylaşılan görüntülərdə iki nəfər Şimali Koreya rəsmisinin Inın toxunduğu hər səthi sildiyi görülüb.
Bu addımın nədən qaynaqladığı barədə heç bir məlumat verilməyib.
Həmin görüntünü təqdim edirik:
Mikayıl