Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı hündürlükdən yıxılaraq ölüb.
Bədbəxt hadisə Sankt-Peterburqun Kurortnaya rayonunda baş verib.
Uşaq bağçaların birinin damında təmir işləri aparan 28 yaşlı azərbaycanlı 6 metr hündürlükdən yıxılıb. Sankt-Peterburqda müvəqqəti qeydiyyatda olan azərbaycanlı təmir şirkətlərinin birində briqadir işləyib.