Sankt-Peterburqun mərkəzində partlayış baş verib, ölən və yaralılar var

Sankt-Peterburqun mərkəzində partlayış baş verib, ölən və yaralılar var
DÜNYA
21:41 02.04.2023
321

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

Bu barədə "TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən "Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.

Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.

OXŞAR XƏBƏRLƏR