Şanlıurfa və Adıyamanda sel fəlakətində həyatını itirənlərin sayı 14-ə yüksəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, dünən axşam saatlarından etibarən təsirini göstərən leysan yağış Şanlıurfa və Adıyamanda can itkisinə səbəb olub.
Sel fəlakəti nəticəsində Adıyamanda 2, Şanlıurfada isə 12 nəfər həyatını itirib.
Daxili işlər naziri Süleyman Soylu açıqlamasında "İtkin düşən 5 nəfərin axtarışları davam edir",- bildirib.
Gecədən başlayan və gün boyu davam edən yağışlardan sonra Şanlıurfada məktəblər bağlanıb.
Şanlıurfa Qubernatorluğu dərəyə və kanal yatağına yaxın evlərdə yaşayan vətəndaşları davam edən leysan səbəbiylə evlərini boşaltmaları barədə xəbərdarlıq edərək, lazım olmadıqca evlərini və təhlükəsiz əraziləri tərk etməməyin vacib olduğunu bildirib.
Ayşən