Şanxayda koronavirus səbəbindən ölənlərin sayı artır

Şanxayda koronavirus səbəbindən ölənlərin sayı artır
DÜNYA
20:28 25.04.2022
443
Bir aya yaxındır ki, tam şəkildə qapadılmış Şanxay şəhərində koronavirusa yoluxmuş şəxslər arasında ölüm sayı artır.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Şanxay şəhərinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, təkcə ötən gün bu səbəbdən 51 nəfər ölüb. Ümumilikdə, Şanxayda koronavirusa yoluxma halları yenidən baş qaldırandan sonra ölüm sayı 138-ə çatıb. Onların sırasında peyvənd olunmuş və olunmamış şəxslər var.

Ölənlərin demək olar ki, hamısı 70-101 yaş arasında olan şəxslərdir.
OXŞAR XƏBƏRLƏR