Saqqal saxlayan kişilərə pis xəbər

DÜNYA
11:06 06.05.2015
9069

Amerikalı alimin apardığı araşdırma bir çox “hipster” tərzini sevən bəylərin xoşuna gəlməyəcək.

Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən “Quest Diagnostics” şirkətinin əməkdaşı, doktor Con Qolobik saqqal saxlayan bəylər üzərində təcrübə aparıb.

Mikrobiolqun apardığı araşdırmanın nəticəsinə əsasən, saqqalın ayaqyolundan daha çox bakteriya yığdığı məlum olub.

Bəzi saqqallarda bakteriya səviyyəsi normal olsa da, bəzilərində bu mikorqanizmlərin sayına ayaqyolundakından daha çox rast gəlinib.

Amerikalı alim hər şeyə təəccüblənmədiyini bildirərək, bu araşdırmanın nəticəsinə görə heyrətləndiyini vurğulayıb. Onun saqqal saxlayan “hipster” bəylərə məsləhəti isə çox sadədir: “Əl-üzünüzü yaxşıca yuyun, bığlarınızı burmayın və saqqalınızla oynamayın. Ümumiyyətlə əllərinizi saqqalınıza toxundurmayın”.//anspress

OXŞAR XƏBƏRLƏR