Xəbər veridiyimiz kimi, bu gün Bakıda 14 nömrəli tam orta məktəbin 8 şagirdi saqqızdan zəhərlənib.
AZXEBER.COM xəbər verir ki, baş verən zəhərlənmə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən açıqlama verilib.
Agentlikdən AZXEBER.COM-a bildirilib ki, Bakıda baş verən hadisə ilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb:
"Məsələ Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Nəticəsi barədə məlumat veriləcək”.










































