Sara Ferqusona yenidən xərçəng diaqnozu qoyuldu

Sara Ferqusona yenidən xərçəng diaqnozu qoyuldu
DÜNYA
12:27 22.01.2024
138
Britaniya kral ailəsinin üzvü Sara Ferqyusonun yenidən xəstələndiyi açıqlanıb.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təxminən 6 ay əvvəl döş xərçəngi müalicəsi üçün mastektomiya əməliyyatı keçirən Fergusona dəri xərçəngi diaqnozu qoyulub.
 
"Bu yay döş xərçənginin erkən diaqnozundan sonra York hersoginyası Saraya bədxassəli melanoma diaqnozu qoyuldu", - dünən edilən açıqlamada deyilib.

Ferqyusonun bu üzücü xəbərə baxmayaraq əhvalının yaxşı olduğu açıqlanıb.
 
İki uşaq anası Saranın yay əməliyyatı zamanı onun bəzi molları müayinə üçün dermatoloqlar tərəfindən çıxarılıb. Bu mollardan birinin xərçəngli olduğu qeydə alınıb.

1986-1996-cı illər arasında Şahzadə Endryu ilə evli olan, adı bir müddət əvvəl Cefri Epşteyn davası ilə bağlı seks qalmaqalına səbəb olan Ferqyusonun müalicəsinin davam etdiyi bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR