Şarapova qışqırmağının səbəbini anlatdı

İDMAN
15:32 01.10.2012
1362
Rusiyalı tennisçi Mariya Şarapova qadınlar arasında oyunlar zamanı qışqırıqlarla mübarizəyə dəstək verib. Lent.az-ın məlumatına görə, Şarapova Qadın Tennisçilər Assosiasiyasının (WTA) başlatdığı kampaniyaya qoşulub.Onun fikrincə, qadın tennisçilərin qışqırmasına hələ uşaqlıqdan qadağa qoyulmalıdır: “Mən WTA-nın hazırladığı planı dəstəkləyirəm. Akademiyalarda məşqçilər uşaqları xüsusi tənəffüs texnikası ilə öyrətməlidirlər. Çünki yetkin yaşda bu adətdən qurtulmaq çox çətindir”.Amma elə Şarapovanın özünün oyunlar zamanı qışqırıqları səs səviyyəsi baxımından pnevmatik burğunun gurultusu və hərəkətli qatarın taqqıltısı ilə müqayisə oluna bilər. İdmançının özü məsələyə belə aydınlıq gətirib: “Xatırladığım qədər mən oyunlar zamanı həmişə qışqırırmışam. Heç kim özümü belə aparmağı mənə məsləhət görməyib. Bu, sadəcə, adətdir”.

OXŞAR XƏBƏRLƏR