Rusiyanın Saratov şəhərində sərnişin təyyarəsi nasazlıq səbəbindən qəzalı eniş edib.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regional İstintaq İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
"Təyyarə Saratov şəhərinin Qaqarin hava limanında qəzalı eniş edib. Heç bir zədə aşkar edilməyib, xəsarət alanlar yoxdur", - qurumun məlumatında bildirilib.