Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib

Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
SOSİAL
16:04 04.07.2025
271

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən avtomobil körpüsündə genişləndirmə işlərinə başlanılıb.

AZXEBER.COM xəbər verir ki, hazırda körpünün yanaşma yollarında svay vurulması işləri aparılır.

Genişləndirmə işlərinin məqsədi nəqliyyatın hərəkətini asanlaşdırmaq və təhlükəsizliyi artırmaqdır.

Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, körpüyə gələn yolların genişləndirilməsi nəzərdə tutulub.

"Yaxın günlərdə işlərə başlanılacaq. Hələlik hazırlıq işləri görülür", - deyə A.Nəcəfli bildirib.

Qeyd edək ki, bu körpü cari ilin mart ayında istifadəyə verilsə də, yanaşma yollarında müxtəlif problemlər müşahidə olunmuşdu. Hazırkı işlər həmin problemlərin aradan qaldırılmasına yönəlib.
OXŞAR XƏBƏRLƏR