Abşeron rayonunda intihar hadisəsi qeydə alınıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində baş verib.
Belə ki, 1941-ci il təvəllüdlü Hüseynov Əhməd Hacırəhim oğlu yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri bilinmir.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.