Sarkisyanın mətbuat xidməti Bakı və Yerevanın razılaşmalarından danışdı

Sarkisyanın mətbuat xidməti Bakı və Yerevanın razılaşmalarından danışdı
SİYASƏT
11:10 17.05.2016
1442
Görüşdə bölgədə yaranmış gərgin vəziyyətdən çıxış yolları müzakirə edilib.
Qarabağ münaqişəsi ərazisində atəşkəs rejiminin möhkəmləndirilməsinə dair sazişlər ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) XİN rəhbərlərinin iştirakı ilə keçirilən Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşünün yekunlarına görə əldə edilib.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi ərazisində yaranmış gərgin vəziyyətdən çıxış yolları müzakirə edilib.
“ATƏT-in MQ həmsədr ölkələrinin nümayəndələri 1994-cü və 1995-ci ildə əldə edilmiş atəşkəs rejiminə dair razılığa riayətin mütləq olduğunu təsdiq ediblər”, - məlumatda deyilir.
“Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”, - mətbuat xidmətinin məlumatında deyilir.
///Oxu.Az 
OXŞAR XƏBƏRLƏR