Sarkozi: "Fransa heç kimə dərs keçmir, amma heç kimdən də dərs almaq istəmir"
Bütün Xəbərlər
12:25 24.12.2011
2184
Fransa parlamentində qondarma erməni soyqırımının inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbulundan sonra ölkə prezidenti Nikolya Sarkozi ilk dəfə danışıb. “France Press” agentliyinin məlumatına görə, Sarkozi türk dostlarının fikirlərinə hörmət etdiyini deyib. "Türkiyə çox böyük bir ölkə, böyük bir mədəniyyətdir. Onlar da bizim mövqeyimizə hörmət etməlidir. Fransa heç kimə dərs keçmir, amma heç kimdən də dərs almaq istəmir".