Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışladı

Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışladı
DÜNYA
10:03 09.09.2022
227
Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb.

"Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayırıq. Həll edilməmiş bütün humanitar məsələləri həlli əsas prioritetdir”, - o bildirib.

Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.
OXŞAR XƏBƏRLƏR