Şarl Mişel ilə İlham Əliyev telefonla danışdı - Sərhədlərin delimitasiyası müzakirə edildi

Şarl Mişel ilə İlham Əliyev telefonla danışdı -  Sərhədlərin delimitasiyası müzakirə edildi
SİYASƏT
17:13 14.03.2022
592

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə Cənubi Qafqazda post-münaqişə dövrünü müzakirə edib.

AZXEBER.COM xəbər verir ki, müzakirə Ş.Mişelin Prezident İlham Əliyevlə telefon söhbəti zamanı baş tutub.

Söhbət zamanı Cənubi Qafqazda post-münaqişə dövrü, Ermənistan ilə Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib.

Qeyd edək ki, martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

OXŞAR XƏBƏRLƏR