Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə yola düşüb.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
O, bildirib ki, ukraynalılar firavanlıq uğrunda mübarizə aparırlar:
"Kiyevə gedirəm. Ukraynalılar öz torpaqları, övladlarının gələcəyi üçün mübarizə aparırlar. Lakin onlar həm də bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda da mübarizə aparırlar”.
Şarl Mişel həmçinin Ukraynanın Aİ-nin dəstəyinə ehtiyacı olduğunu da bildirib: "Və onlar bu dəstəyə layiqdirlər”.
Günel