Sağsağanın hücumuna məruz qalan 5 aylıq körpə öldü.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli hadisə Avstraliyada baş verib.
Avstraliyanın Brisbane şəhərində bir ana parkda 5 aylıq körpəsini gəzintiyə çıxarıb. Bu zaman sağsağan körpəyə hücum edib. Ana uşağı qorumaq istəyərkən onu yerə salıb.
Ağır yaralanan körpəyə həkimlər dərhal müdaxilə etsə də, onun həyatını xilas etmək olmayıb.
Aydın