Sautgeyt İngiltərə millisindən ayrıla bilər

İDMAN
20:10 12.12.2022
238
Qaret Sautgeyt futbol üzrə İngiltərə millisindən ayrıla bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis bu barədə "BBC Sport"a açıqlama verib.

O bildirib ki, hər şeyi düşünüb doğru qərar vermək üçün vaxt lazımdır: "Belə turnirlər sizdən çox enerji alır. İstəmirəm ki, 4-5 ay sonra səhv seçim etdiyimi düşünüm. Bu, hamımız üçün çox əhəmiyyətli bir şeydir".

Qeyd edək ki, Qaret Sautgeyt 2016-cı ilin sentyabrından İngiltərə millisinə başçılıq edir. Böyük britaniyalılar təcrübəli mütəxəssisin rəhbərliyi altında Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsində Fransaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
OXŞAR XƏBƏRLƏR