Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib.
Bu barədə Özbəkistan mediası məlumat yayıb.
Onlardan 604 nəfər cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin həbs müddəti isə azaldılıb.
Əfv olunanların 7-si əcnəbi; 49-u qadın; 37-si yaşı 60-dan yaşdan yuxarı olan kişi; 375-i gəncdir. Qadağan olunmuş təşkilatların fəaliyyətində iştiraka görə məhkum olunanların 63 nəfərdir.
///report///











































