SAXAL "Hizbullah"ın komandirini öldürüb

SAXAL "Hizbullah"ın komandirini öldürüb
DÜNYA
04:15 06.03.2026
306
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın paytaxtı Beyrutda "Hizbullah" hərəkatının atəş gücünün idarə edilməsi üzrə komandirini məhv edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti öz "Telegram" kanalında bildirib.

İsrail ordusunun açıqlamasına əsasən, Zeyd Əli Cümə İsrail qırıcılarının zərbəsi nəticəsində öldürülüb.

Qeyd edilib ki, "Hizbullah"ın yüksəkrütbəli zabiti Livan ərazisindən İsrailə reaktiv mərmilərin və PUA-ların atılmasına cavabdeh olub.
OXŞAR XƏBƏRLƏR