Saxlanılan azərbaycanlı futbolçulardan biri sərbəst buraxıldı
İDMAN
10:37 01.12.2017
1100
"Keşlə”nin danışılmış oyunlar səbəbilə heyətdən uzaqlaşdırdığı, ötən gün isə hüquq-mühafizə orqanları tərəfindən həbs olunduğu bildirilən futbolçularından biri azadlığa buraxılıb.
AZXEBER.COM Yenicag.az-a istinadən xəbər verir ki, bu gün saatlarında Mirhüseyn Seyidov sərbəst buraxılıb. Saxlanılan digər futbolçu – Nizami Hacıyevdən isə hələlik, xəbər yoxdur.
Qeyd edək ki, sözügedən futbolçular danışılmış oyunlarda iştirak şübhəsi ilə ötən gün saxlanılıblar.