Saxlanılan icra başçısı kimdir? - 15 il idi ki…

Saxlanılan icra başçısı kimdir? - 15 il idi ki…
SİYASƏT
15:49 20.06.2025
598
 Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.

Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
 
AZXEBER.COM saxlanılan icra başçısının dosyesini təqdim edir:

Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olub.

O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirib.

Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb. O, 1981–1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir.

Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.
OXŞAR XƏBƏRLƏR