Saxlanılan NİDA-çılar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi

Saxlanılan NİDA-çılar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi
14:45 10.03.2013
2978
Dünən “Nida” üzvlərindən Şahin Novruzlu, Bəxtiyar Quliyev barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. AZXEBER.COM-un “Turan”a istinadən verdiyi məlumata görə həbs-qətimkan tədbiri seçilən zaman onların yanında dövlət tərəfindən təyin olunmuş vəkillər olub.

Saxlanılan Məmməd Əzizovun atası Rasim Əzizov istintaqdan onun oğlu barəsində heç bir məlumat olmadığını bildirib.

Martın 9-da axşam MTN və Baş Prokurorluq “Nida” təşkilatının üç üzvü – Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizovun saxlanması ilə bağlı birgə məlumat yayıblar.

Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulublar. İlkin istintaqla müəyyən edilib ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə “Nida” Vətəndaş Hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak etmiş və yaşadıqları mənzillərdən aşkar edilmiş “Molotov kokteyli” adlanan tez alışan maye onlar tərəfindən hazırlanıb.

OXŞAR XƏBƏRLƏR