Saxlanılan 'Xəzər-Lənkəran' fanatının vəkili danışdı

İDMAN
17:10 27.08.2013
1284
"Əlimizdən gələni edəcəyik ki, məsələ ilə bağlı saxta qərarlar verilməsin"Həbsdə olan "Xəzər Lənkəran" azarkeşi Elman Tağıyevin (Eliko) hüquqlarını vəkil Əliheydər Hüseynov müdafiə edəcək. O,"FutbolPress"ə açıqlamasında məlum məsələylə bağlı bunları dedi:"Elmana öz istəyimlə vəkillik edəcəm. Ondan başqa 7 nəfər həbs edilib. Tağıyev Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə ittiham olunur. O, oturacaqları qırıb polis və Daxili Qoşunların əsgərlərinin üstünə atmaqda, iğtişaş törətməkdə təqsirli bilinib.Hər halda, Elman və onunla bərabər tutulanlar xuliqanlıq maddəsi ilə ittiham olunurlar. Ancaq hansısa dəlil-sübut məhkəmə prosesində bilinəcək. İttihamçılar onun 2 ay müddətinə azadlıqdan məhrum olmasını istəyiblər.Amma bu o demək deyil ki, o, həbs olunacaq. Sabah məhkəmənin qərarı olmalıdı. Orada sübut kimi oyundan çəkilmiş videolara baxılacaq. Bundan əlavə, şahidlər də prosesə qatılacaq.Elmana polis idarəsində təzyiq olmayıb. Amma müxtəlif ittihamlar var. Onlar bu işin əvvəlcədən təşkil olunmasından şübhələnirlər. Ancaq Elman bütün ittihamları rədd edir. Əlimizdən gələni edəcəyik ki, məsələ ilə bağlı saxta qərarlar verilməsin.Əgər günhkardılarsa, doğrudan da xuliqanlıq ediblərsə, cəza tətbiq edilsin. Amma ortada belə bir şey yoxdusa, onsuz da dəlil-sübutlarla hər şey ortaya çıxacaq.Məhkəmə qərar verərkən, mətbuatda çıxan video-kadrları əsas gətirəcək. Elmanın anası artıq gəlib, polis idarəsindədi. Yaxınları hadisədən xəbərdardılar. Tağıyevlə söhbətimdə o bildirdi ki, ona qarşı səsləndirilən ittihamlar düzgün deyil".
OXŞAR XƏBƏRLƏR