Saxlanıldığı deyilən polkovnikin anası: ''Aydın müəllimin adının çəkilməsi...''

Saxlanıldığı deyilən polkovnikin anası:
SOSİAL
10:48 13.12.2017
1787
Xəbər verildiyi kimi, bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb. Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Bu haqda olke.az saytı məlumat yayıb. 
 
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı R.Həsənovun anası Tovuza Həsənova Criminal.az saytına açıqlamasında bildirdi ki, oğlu haqda mətbuatda yayılmış məlumat həqiqəti əks etdirmir.
 
Onun sözlərinə görə, R.Həsənov bir nüçə gün əvvəl atası və əmisi ilə Gürcüstana yas mərasiminə gedib.
 
T.Həsənova deyir ki, oğlunun tutulması xəbərində Dövlət Gömrük Komitəsinin rəisi Aydın Əliyevin adının çəkilməsi haqsızlıqdır: ''Rəhimin tutulması ilə bağlı məlumat yalandır. Hələ Gömrük Komitəsiin rəisini də bu məsələyə qatıblar. Güya Rəhim Aydın müəllimin adamıdır., onun göstərişi ilə gedib. Aydın müəllimdən ayıbdır vallah. Aydın müəllimin adının çəkilməsi mənə çox pis təsir etdi. Rəhim Aydınla qohumdursa niyə 20 ildir komitədə inspektordur vəzifəsində qalıb? Axı indi Rəhim heç Gömrük Komitəsinin işçisi deyil. Artıq 3 aydan çoxdur öz ərizəsi ilə işdən də çıxıb. Aydın müəllimlə heç bir əlaqəsi yoxdu''.
 
T.Həsənova oğlunun həbsi barəsində yayılmış xəbərin iki ay əvvəl Gürcüstan postunda gürcülərlə baş vermiş münaqişədən qaynaqlandığını iddia edir: ''İki ay əvvəl Rəhim gürcülərlə postda mübahisə edib. Həmin vaxt onu səhərdən axşama qədər orda saxlayıblar. Yəqin olan görə bu xəbəri qoşublar''.
OXŞAR XƏBƏRLƏR