Şaxta babaların qaçış yarışı keçirildi

DÜNYA
09:51 31.12.2012
2211

Şaxta baba geyimində olan iki minə yaxın insan Serbiyanın paytaxtı Belqradın küçələri ilə qaçıb.

Onların arasında gənc, yaşlı uşaq, məhdud hərəkətililər də olub.

Tədbir təşkilatçıları bununla sağlam həyat tərzini təbliğ etdiklərini bildirib.

Öz gücünə inanlar və ya özünü sınamaq istəyənlər şəhərin küçəsi ilə bir km-lik məsafəni Şaxta Baba geyimində qaçıb. Məsafəni başa vuran ilk bir neçə yüz nəfərə təşkilatçılar şaxta baba geyimi hədiyyə olaraq, veriblər.

Məsafəni hamıdan tez başa vuran yeniyetmə qız və oğlana medal və «əsl» Şaxta Baba adından saat hədiyyəsi təqdim olunub.//lent.az

OXŞAR XƏBƏRLƏR