AZXEBER.COM Xəzər TV-yə istinadən bildirir ki, layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqla bal istehsal edildiyi bölgənin bitki örtüyünə xas xüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin bölgənin coğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına icazə veriləcək.
Yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir. Balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır. Məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir..
Daha ətraflı videomaterialı təqdim edirik.











































