"Saxta olan şeylər daha uzunömürlüdür, amma..." - Xalq artisti

"Saxta olan şeylər daha uzunömürlüdür, amma..." - Xalq artisti
MAQAZİN
12:21 12.11.2025
103
"Saxta olan şeylər daha uzunömürlüdür. Baxırsan ki, saxta gül 10 il qalır, nə rəngini nə formasını itirmir. Amma səmimiyyət çox tez pozulur".
 
AZXEBER.COM xəbər verir ki, bunu Xalq artisti Faiq Ağayev deyib.
 
"Xəzər axşamı" verilişində qonaq olan sənətçi fikirləri ilə yenə də diqqət çəkməyi bacarıb:
 
"Saxta olan şeylər daha uzunömürlüdür. Saxta gül 10 il qalır, nə rəngini nə formasını itirmir. Amma səmimiyyət çox tez pozulur. Həm də baxır onu kiminlə bölüşürsən. Mənə elə gəlir ki, əsl səmimi insan sənətdə olanda bunu tamaşaçı da görür. Saxtaya marağı olsa da, səmimini başqa bir yerə qoyur. Dəfələrlə olub ki, 40 dərəcə hərarətlə səhnəyə çıxmışam, amma gülümsəmişəm. Bu saxta sayıla bilər. Çünki canım ağrayır, yalandan gülürəm. Amma bu, düşünülmüş, ssenari əsasında qurulmuş saxtalıqdır. Bu belə də olmalıdır".
 
Aysel
OXŞAR XƏBƏRLƏR