Zəhərlənərək xəstəxanaya yerləşdirilən məşhur aktyorun son durumu AÇIQLANDI

Zəhərlənərək xəstəxanaya yerləşdirilən məşhur aktyorun son durumu AÇIQLANDI
DÜNYA
20:31 14.06.2023
311
Xəbər verdiyimiz kimi, Muğlada saxta spirtdən zəhərlənən və yerləşdirildiyi xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam edən məşhur türkiyəli aktyor Şekip Taşpınar intubasiya edilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Kurtlar Vadisi” serialındakı "Cevat Akarsu” obrazı ilə tanınan Şekip Taşpınar iyunun 8-də gecə saatlarında Datçadakı evində pisləşərək Datça Dövlət Xəstəxanasına aparılıb.

"Ağ Gelincik", "Kurtlar Vadisi", "Behzat Ç.", "Yalnız", "Karadayı", "Şefkat Tepesi", "Cesur Yürek", "Uğursuzluq", "Arka Sokaklar", "Teşkilat", və s tanınmış serial və filmlərdə rol alan Şekip Taşpınarın reanimasiya şöbəsində intubasiya edildiyi bildirilib.
 
Aktyorun müalicə prosesi ilə bağlı xəstəxanadan açıqlama verilib: "İntubasiya olunmuş xəstəmizin müalicəsi reanimasiya şöbəsində davam edir. Çox orqan çatışmazlığı ilə qarşı-qarşıyayıq. Həkimlərimiz pasiyentimizi sağaltmağa çalışır. Hər kəsə saxta spirt istehlakının nə qədər zərərli olduğunun şüurunda olmağı tövsiyə edirik".

Mikayıl
OXŞAR XƏBƏRLƏR