Saxta vakansiyalar, şirnikləndirici maaş və işbazların yeni fırıldağı - VİDEO

Saxta vakansiyalar, şirnikləndirici maaş və işbazların yeni fırıldağı - VİDEO
SOSİAL
01:33 05.12.2016
1113
700 manata mühafizəçi və ya sürücü işi... Özünü kolbasa zavodu kimi təqdim edən bir şirkət elan saytlarında saxta vakansiyalar yerləşdirib.
 
Yalan iş yeri elanının toruna keçənlərdən biri də Zahid Hüseynovdur. Deyir ki, elandakı əmək haqqı və təklif olunan şırnikləndirici vədlər istənilən insanın diqqətini çəkə bilər. Məsələn, elanda yazılıb ki, hər həftənin 5-ci günləri işçilərə 20 manat dəyərində kolbasa və sosiska hədiyyə ediləcək. Bayramlarda 50 manat əmək haqlarına əlavələr olunacaq. Elanın altındakı qrafaya yazılıb ki, telefon nömrənizi bura yazın. Ardından sizin telefonunuza SMS gəlir ki, "təbrik edirik, siz işə qəbul olundunuz. Lakin əmək sığortalıdır.Yeni qəbul olunan işçilərin və əməyin sığortalanması məqsədilə minimum 6 ay ərzində bizim şirkəti tərk etməyəcəyinizə dair 49 AZN sığorta ödəməsi etməlisiniz”. Sonra sizi yönləndirirlər ki, ödəmə terminallarına yaxınlaşıb elektron pul kisəsi bölümündən filan hesab nömrəsinə pulu köçürün. Sonra isə filan nömrəyə zəng edin. Amma pulu ödəsəniz də, göndərilən nömrəyə zəng çatmır ki, çatmır. Qısa araşdırdıqda görürsən ki, elanda adı çəkilən zavod haqda nə internetdə bir sayt, yaxud reklam yoxdur. Çünki ümumiyyətlə belə bir müəssisə mövcud deyil. Hüquqşünas Asif Avdullayev deyir ki, ümumiyyətlə belə işə götürmə mexanizmi yoxdur. Elan yerləşdir, sonra SMS göndər- bu qəbulolunan deyil. Eyni zamanda qanunvericilikdə qeyd olunan məbləğdə və növdə sığorta yoxdur. Həvəsləndirici vədlərdən sonra sığorta adı ilə alınan 49 manat dələduzluqdan başqa bir şey deyil. Bir sözlə, belə elanlarla qarşılaşdıqda mütləq bir mütəxəssislə məsləhətləşib qərar verin.
 
"Xəzər Xəbər”in mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR