“Şaxtyor” möcüzəsi davam edir - Çempionlar Liqası

İDMAN
11:53 21.08.2013
1162

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.   Karaqandanın “Şaxtyor”u “Celtic”i 2 cavabsız qolla məğlub yola salıb. “Olympique” (Lion) “Real Sociedad”la ev oyununda məğlub olub. “Pacos de Ferreira”nın qonağı olan “Zenit” darmadağına imza atıb. PSV-nin qonağı olan “Milan” isə ilk oyununda büdrəyib. “Viktoria” da “Maribor” üzərində qələbəyə sevinib.   Çempionlar Liqası Pley-off mərhələsi (ilk oyunlar) 20 avqust   Şaxtyor (Karaqandi, Qazaxıstan) – Celtic (Şotlandiya) - 2:0 Qollar: Finonçenko, 12, Xijniçenko, 77. Olympique (Lion, Fransa) - Real Sociedad (İspaniya) - 0:2 Qollar: Qriezman, 17, Seferoviç, 50.   Pacos de Ferreira (Portuqaliya) – Zenit (Rusiya) - 1:4 Qollar: Leao, 58 - Şirokov, 17; 60; 90, Deqra, 85-öz qapısına.   PSV (Hollandiya) – Milan (İtaliya) - 1:1 Qollar: Matavs, 60 - El Şaravi, 15.   Viktoria (Çexiya) – Maribor (Sloveniya) - 3:1 Qollar: Çisovski, 8, Darida, 58, Duris, 90 - Meyaç, 66.

OXŞAR XƏBƏRLƏR