Rusiya “Şaxtyor” adlı klub yaratdı - Ukraynaya daha bir zərbə

Rusiya “Şaxtyor” adlı klub yaratdı - Ukraynaya daha bir zərbə
İDMAN
14:47 05.11.2025
174
Rusiya işğalı altında olan Donetsk bölgəsində yaradılan "Şaxtyor” klubunun Rusiya II Liqasına qatılması planlaşdırılır.

AZXEBER.COM xəbər verir ki, bölgənin idman rəsmilərinin açıqlamasına görə, klubun qeydiyyat prosesi yaxın vaxtlarda başa çatacaq. Bununla belə, təhlükəsizlik səbəbindən "Şaxtyor”un ev oyunlarını Donetskdə keçirməsinə icazə verilməyəcək.

Komanda qarşıdakı mövsümdə matçlarını başqa şəhərdə oynayacaq. Məkanın adı hələ açıqlanmayıb, lakin bu yerin Krımda olmadığı dəqiqləşdirilib.

Qeyd edək ki, söhbət Ukraynanın tanınmış "Şaxtyor Donetsk” klubundan deyil, Rusiya nəzarətindəki Donetskdə formalaşdırılan yeni komandadan gedir.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR