Sayğacların sıfırlanmasının yanvarın 10-dək aparılması suallar yaradıb - "Azəriqaz"dan CAVAB - VİDEO

Sayğacların sıfırlanmasının yanvarın 10-dək aparılması suallar yaradıb - "Azəriqaz"dan CAVAB - VİDEO
SOSİAL
21:35 22.12.2021
368
Sayğacların sıfırlanmasının yanvar ayının 10-dək davam etməsi abonentlərdə suallar yaradıb.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, hər il mexaniki sayğac istifadəçisi olan abonentlərin qaz sayğaclarının son göstəriciləri "Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən növbəti ilin yanvar ayının 10-dək sıfırlanır. Bu isə elə bir mənzərə yaradır ki, yanvar ayının 10-dək olan müddətdə sərf olunan qaz öncəki ilin dekabr ayının sərfiyyatına əlavə olunur və illik limiti keçərsə, onda vətəndaş ödənişi daha baha olan qaz tarifi ilə ödəməlidir.

Məsələ ilə bağlı "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, sayğacların sıfırlanmasının yanvar ayının 10-dək davam etməsi işçi heyətinin bu prosesi fiziki olaraq çatdırmaması ilə bağlıdır.

Eldəniz Vəliyev sayğacların sıfırlanmasının əlavə heç bir ödənişə səbəb olmadığını bildirib. Onun sözlərinə görə, sayğacların illik qaz limiti sıfırlandığı gündən hesablanır. Yəni hər bir abonent bu ilin yanvarın 10-dan növbəti ilin yanvar ayının 10-dək keçən bir il müddətində qoyulmuş limitdən istifadə edir.

"Azəriqaz" rəsmisi limitlərin yeni ilin ilk günü avtomatik silinməsi üçün işlər aparıldığını da vurğulayıb. Bunun üçün sayğaclara müasir avadanlıqlar quraşdırılacaq.

Qeyd edək ki, 16 oktyabr 2021-ci il tarixdə Tarif Şurasının verdiyi qərara əsasən, əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 12 qəpik təşkil edir. 1200-2500 m3-dək 20 qəpik və 2500 m3-dən çox qaz sərf edənlər üçün isə tarif 25 qəpikdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
11:38 15.09.2025
Paşinyan: Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
11:36 15.09.2025
Zamiqin oğlu birinci sinifə getdi - FOTOLAR
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
11:34 15.09.2025
Prezident Xocalı rayonunun Badara kəndində olub - FOTOLAR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR