"Çox heyif ki meyxanaçılar meyxananı çərçivəsindən çıxardılar".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Tarixin bir günü" verilişində deyib.
Əməkdar artist aşıq musiqisi və meyxana aləmində olan dəyişikliklərdən danışıb:
"Mən çox istərdim ki, meyxanaçılar meyxananın kökünü dəyişməsinlər. Bu aşıq musiqisinə də aiddir. O sazı atıb-tutmaqla aşıq musiqisindən çıxmış olursuz. Mən çox istərdim ki, muğam necə dövlətimiz tərəfindən qorunur, mühafizə olunur meyxana və aşıq sənəti də qorunsun. Saz müqəddəs alətdir. Bu alətlə insanlar döyüşə gedib zamanında, onu qeyri-ciddi təqdim etmək olmaz".
Aysel