Azərbaycanda ən böyük genişzolaqlı simsiz İnternet xidməti göstərən Sazz 4G İnternet şirkəti 26 İyun Silahlı Qüvvələr günü münasibətilə ölkənin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir.
Kampaniyada iştirak edən bütün hərbi qulluqçulara Sazz USB modemi hədiyyə olunacaq. Kampaniya iştirakçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 AZN) ödəmək kifayətdir.
Kampaniyadan faydalanmaq istəyən hərbi qulluqçular istənilən Sazz 4G satış nöqtəsinə müraciət edərək Müdafiə Nazirliyi tərəfindən verilmiş hərbçi vəsiqəsini təqdim etməlidirlər. Hədiyyə kampaniyası yalnız bayram günü keçiriləcək. Həmin gün bütün Sazz 4G satış nöqtələri saat 22-yə qədər açıq olacaq.Azərbaycanda WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən ən böyük genişzolaqlı simsiz İnternet provayder olan SAZZ 4G 2010-cu ildə AzQtel şirkəti tərəfindən qurulub. SAZZ 4G İnternet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.