"Seaside" restoranının məsul şəxsi çay istəyən müştərini təhqir etdi - FOTOLAR

"Seaside" restoranının məsul şəxsi çay istəyən müştərini təhqir etdi - FOTOLAR
SOSİAL
11:57 24.07.2017
6967
Yay mövsümünün gəlişi ilə bərabər dənizkənarında yerləşən obyektlərdən şikayətlər də artır.
 
Belə bir hadisə ilə AZXEBER.COM-un əməkdaşı rastlaşıb.
 
Belə ki, Buzovnada yerləşən "Seaside" restoranında çay ilə mürəbbə sifariş verən əməkdaşımız kobud rəftara məruz qalıb.
 
Restoranda çay ilə mürəbbə istəyən müştəriyə ofisiantlar deyib ki, burada bu cür xidmət göstərilmir. Ramil adlı ofisiant normal şəkildə bunun səbəbini açıqlayıb və qeyd edib ki, onluq bir məsələ yoxdur. Müştəri də bununla razılaşıb və məsələ həll olunub. 
 
Daha sonra özünü restoranın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi təqdim edən Firuz Rəfiyev adlı şəxs müştəriyə kobud şəkildə yaxınlaşaraq deyib: "Burada artıq-əskik söhbətlər olmasın, dedilər ki, çay ilə mürəbbə verilmir. Gedin, kimə istəyirsiz şikayət edin. Bizə heç kim söz deyə bilməz. Əgər çay istəyirsizsə, bunu mürəbbə ilə yox, ya künəfə ilə, ya ləbləbi ilə içməlisiz. Xoşunuz gəlmirsə, gedin kimə istəyirsiz, şikayət edin".
 
Müştəri daha sonra çay ilə paxlava istəyib, Firuz Rəfiyev isə deyib ki, "sizə çay ilə paxlava da vermirik. Restoranda heç nə yoxdur, gedin, hara istəyirsiz, şikayət edin. Biz də belədir, heç kimdən qorxumuz yoxdur"
 
Firuz Rəfiyev daha sonra bir neçə rəhbər şəxsin adını çəkib və ona bu səlahiyyəti həmin şəxslərin verdiyini deyib. 
 
AZXEBER.COM Firuz Rəfiyevin kimliyi ilə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, o ATV-də yayımlanan "Bozbaş Pictures" serialında epizodik rol alıb. Maraqlıdır ki, həmin rolda polis obrazını canlandıran bu şəxs daha sonra sosial şəbəkə hesabında polis formasıyla fotosunu paylaşıb və özünü polis kimi qələmə verib. O polis formasıya fotosuna yazıb: "Vətənə xidmət, vətəndaşlarına isə qulluq edirəm".
 
Məlumat üçün qeyd edək ki, polis əməkdaşlarının sosial şəbəkədə foto və ya video paylaşılmasına icazə verilmir. Firuz Rəfiyev isə ona verilən aktyor rolundan sui-istifadə edərək, polis formasında fotosunu yayıb. 
 
Azərbaycan polisinin və dövlət məmurlarının adından istifadə edən bu şəxsin kimə güvəndiyi isə sual altındadır.
 
Müştəri ilə kobud danışan və onu təhqir edən "Seaside" restoranının əməkdaşı Firuz Rəfiyev barəsində yaxın günlərdə aidiyyatı qurumlara da müraciət ediləcək. Ümid edirik ki, media mənsubları ilə kobud rəftar edən və müştəriyə "get kimə istəyirsən, müraciət elə" deyən, eyni zamanda Azərbaycan polisinin nüfuzundan istifadə edən bu şəxs haqqında restoran rəhbərliyi də tədbir görəcək. Şikayətçi həmçinin qeyd edib ki, restorandan yox, onunla kobud danışan bu şəxsdən şikayətçidir.
 
AZXEBER.COM məsələ ilə bağlı "Seaside" restoranı ilə əlaqə saxlayıb. Restorandan bildirilib ki, məsələ araşdırılacaq və həqiqətən belə bir şey olubsa, tədbir görüləcək. 
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
Çaylarda sululuq artıb
11:00 07.06.2025
Çaylarda sululuq artıb
Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA
10:57 07.06.2025
Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
10:23 07.06.2025
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
AZAL bayrama görə Naxçıvana reysləri artırdı
10:18 07.06.2025
AZAL bayrama görə Naxçıvana reysləri artırdı
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
10:15 07.06.2025
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xoşqədəm Hidayətqızı atasını da itirdi
10:11 07.06.2025
Xoşqədəm Hidayətqızı atasını da itirdi
Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb
01:37 07.06.2025
Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırıb
Azərbaycan ərazisini qanunsuz keçdikdən sonra Ermənistana qaytarılan şəxslərin səhhəti yaxşıdır
00:33 07.06.2025
Azərbaycan ərazisini qanunsuz keçdikdən sonra Ermənistana qaytarılan şəxslərin səhhəti yaxşıdır
ABŞ və Çin Londonda ticarət üzrə fikir ayrılıqlarının həllini müzakirə edəcəklər
23:56 06.06.2025
ABŞ və Çin Londonda ticarət üzrə fikir ayrılıqlarının həllini müzakirə edəcəklər
KİV: Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır
23:46 06.06.2025
KİV: Kiyev Sakit okeanda Rusiya gəmilərinə hücum etməyi planlaşdırır
Azərbaycanda vəzifəli şəxsin kürəkəni sükan arxasında ÖLDÜ
23:31 06.06.2025
Azərbaycanda vəzifəli şəxsin kürəkəni sükan arxasında ÖLDÜ