Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir

Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar- Badamdar sakinləri etiraz edir
SOSİAL
14:39 24.07.2017
2820

Badamdar qəsəbəsi Neftçilər küçəsi 7 ünvanında yaşayan sakinlər redaksiyamıza şikayət edib.

AZXEBER.COM-a müraciət edən şikayətçilər yaşadıqları binanın qarşısında bir neçə il bundan öncə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən salınan istirahət parkının bir qrup şəxs tərəfindən bərbad vəziyyətə saldığını bildiriblər: "Deməli, vaxtı ilə Fizuli rayonundan olan şəhid ailəsinə köməklik məqsədilə parkın içində balaca bir dükanın fəaliyyətinə icazə verilmişdi. Lakin dükanın sahibi Həqiqət xanım isə sonradan buranı qanunsuz olaraq kafe kimi işlətməyə başladı. Əslində heç kafe də demək olmaz. Nə olduğu tam bəlli deyil. Qəhvəxana yoxsa kafe olduğunu biz də tam olaraq bilmirik. Çünki dəfələrlə kişi-qadınların qeyri-etik davranışlarının şahidi olmuşuq. Sərxoşlar və s həmişə bizi narahat edib, rahatlığımıza manə olub. Onların səs-küyü, söyüşləri, qeyri-etik davranışları evimizin içinə qədər ayaq açıb. Kafenin fəaliyyətindən yaranan tüstü və s. də evimizin içindədir. Axı kafe ilə pəncərəmiz arasnda məsafə çox qısadır. Həm də natəmizlik hökm sürür. Nəticə olaraq parkdan səmərəli istifadə edə bilmirik.

Bütün bu biabırçılıqlar az imiş kimi Həqiqət xanım öz "həqiqət”lərini genişləndirmək planı hazırlayıbmış. Kafeni daha da böyütmək məqsədilə bir neçə gündür ki, parkın xeyli hissəsi hasarlanıb. Hasarlanan hissədə ağaclar da var. Hətta bir müddət öncə naməlum şəxlər tərəfindən çoxəsirlik zeytun ağacları da kəsilmişdi.

Deyilənə görə ikimərtəbəli kafe tikiləcək. Əvvəlki balaca kafenin verdiyi narahatlığı göz önünə alsaq "yeni plan”ın nələrlə nəticələnəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Onsuz da narahat idik. İndi isə daha çox narahatıq. Pəncərənin də yaxınlığında kafe olar?

Bu gün ölkəmizdə genişmiqyaslı quruculuq-abadlıq işləri uğurla davam etdirilir. Və biz bundan çox razıyıq. Amma kimlərsə bu işə kölgə salmaq istəyir. Aidiyyatı qurumların məsələni diqqətdə saxlamasını xahiş edirik. Onsuz da məsələylə bağlı prezidentə məktub ünvanlayacayıq".

 

Sakinlərin hadisə yerindən çəkdiyi fotoları təqdim edirik:

 


 


 


 

 

 

 

 

 

 

 

 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO