"Səbail" Kiprdən afrikalı hücumçu transfer edir

"Səbail" Kiprdən afrikalı hücumçu transfer edir
İDMAN
18:36 17.06.2022
219
"Səbail" yay fasiləsində ilk futbolçu transferini gerçəkləşdirməyə yaxındır.

"Dənizçilər" Kiprin "Etnikos" klubunda çıxış edən kot d ivuarlı hücumçu Qoba Zakpa ilə anlaşıb. 30 yaşlı forvardla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

2020-ci ildən "Etnikos"da çıxış edən afrikalı oyunçu 54 matçda 8 qola imza atıb. O, yarımmüdafiə xəttinin cinahlarında da oynaya bilir.

Qeyd edək ki, Qoba Zakpa daha əvvəl Portuqaliyanın "Jil Visente", "Santa Maria" və Fransanın "Epinal" klublarında da çıxış edib.
OXŞAR XƏBƏRLƏR